01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ-ın sanksiyaları Simonyanı çıxılmaz vəziyyətə saldı: bu cür təzyiq edirlər

09 sen 2024 08:00
GÜNDƏM
ads

ABŞ sanksiyaları “Russia Today” (RT) telekanalının və “Rossiya Seqodnya” media qrupunun “ağzını bağlaya” bilməyəcək.

QÜTB.AZ xəbər verir ki, bu sözləri Marqarita Simonyan telekanala qoyulan məhdudiyyətləri şərh edərkən deyib.

O qeyd edib ki, ABŞ və Avropa İttifaqı ölkələrində RT əməkdaşlarına əngəllər törədilməyə başlayıb. O cümlədən telekanalın yayımı dayandırılıb, ödənişlər də qadağan edilib.

“Məsələn, Böyük Britaniyada əməkdaşlarımızdan birinə dedilər ki, o, bizim işçi olaraq qalmağa davam edərsə, sanksiyalar rejimini pozduğuna görə 7 il müddətinə həbs olunacaq. Qərara gəldilər ki, bu yolla susub oradan çıxacağıq. Biz susub heç yerə gedə bilmərik. Vətən bizə geri çəkilmək əmri verməyib”, - Simonyan bildirib.

Sentyabrın 4-də məlum olub ki, ABŞ hakimiyyəti Rusiya mediasına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə “Rossiya Seqodnya” media qrupu və onun RİA Novosti, RT və "Sputnik" daxil olmaqla media qurumları aiddir. Sanksiyalar “Rossiya Seqodnya” və RT telekanallarının baş redaktoru Marqarita Simonyana da tətbiq edilib.

Akqabay

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur