Moldovada ABŞ dövlət katibi Antoni Blinkenin səfəri səbəbiylə səmalar təyyarələrin uçuşuna bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” Telegram kanalı məlumat yayıb.
"Moldova Blinkenin səfəri ilə əlaqədar səmanı saat 21:00-a qədər bağlayır", - mesajda deyilir. Ölkə ərazisində təyyarələrin, helikopterlərin, hava şarlarının, deltaplan və paraplanların, həmçinin pilotsuz təyyarələrin uçuşu qadağan ediləcək.
Qeyd edək ki, Blinken bu gün Moldovaya gələcək. Bundan sonra o, NATO Xarici İşlər Nazirlərinin Praqada keçiriləcək toplantısında da iştirak edəcək.
Adəm Abbaslı