05.04.25 | Bakı 11.03° C |
12:25:04
Lent :

Fransadakı azərbaycanlılar aksiya keçirdi

13 yan 2024 14:00
GÜNDƏM
ads

Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir.

Publika.az Report-a istinadən xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evyan le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.

Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.

Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır.

Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.

Etiraz aksiyasına Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.

Əraziyə təhlükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.

xxx

Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb.

Onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bon şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur