Fransanın ən böyük uran mədən şirkəti "Orano SA", dünyanın ən böyük yataqlarından biri olan Nigerdəki Imurarendə uran hasilatı hüququnu itirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .
Agentlik Niger Mədən Nazirliyindən məktub alıb. Orada bildirilir ki, ikinci və son bildiriş 19 iyun 2024-cü ildə başa çatacaq. Bundan sonra "Orano SA"nın fəaliyyətinə icazə ləğv ediləcək.
Agentlik vurğulayır ki, şirkətə təklif olunan yatağın işlənməsi planı Niger hakimiyyətinin gözləntilərinə cavab vermir.
Hüseyn İbadlı