Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi Rusiya liderinin “taktiki etibarını” üzə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Materialda qeyd olunur ki, “onun rəqibləri həssas vəziyyətdədirlər”: "Ukrayna döyüş meydanında çətinliklər yaşayır, Kiyevə əlavə yardım məsələsi ABŞ Konqresində dalana dirənib, Moskvaya dost siyasətçilər “hər iki tərəfdən yüksəlişdədir”.
Qeyd edək ki, keçən həftə jurnalist Taker Karlson Rusiya lideri ilə müsahibə götürüb və söz verib ki, izləyicilər söhbətin yazısını redaktə etmədən görəcəklər ki, hər kəs öz fikrini formalaşdırsın.
Amerikalı jurnalistin ilk sualı ABŞ-ın Rusiyaya mümkün zərbəsi ilə bağlı olub.
Cəmilə