Bu gün səhər saatlarında, Bakının Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Əli Xalıqverdiyev idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən iki piyadanı vurub.
Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Nigar Qasımova və 1981-ci il təvəllüdlü Zərifə Niftəliyeva ölüb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Baku TV-yə bildirib.
Faktla bağlı araşdırma aparılır.
---
09:08
Bakıda səhər saatlarında sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə hər iki piyada hadisə yerindəcə dünyasını dəyişib.
Qəza Balaxanı - Zabrat yolunda qeydə alınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun