Rusiyanın Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət (FH) rejimi tətbiq edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, regionda vəziyyət hələ də son dərəcə ağır və gərgindir:
"Bölgə hər gün Ukrayna Silahlı Qüvvələri (AFQ) tərəfindən atəşə tutulur, bunun nəticəsində mülki əhali və evlər əziyyət çəkir.
Buna görə də, biz bu gündən etibarən Belqorod vilayətinin bütün ərazisində əhalini daha da qorumaq, zərərçəkənlərə əlavə dəstək tədbirləri göstərmək və regional səviyyədə fövqəladə vəziyyət elan etmək məqsədi ilə federal səviyyədə fövqəladə vəziyyət elan etmək tələbi ilə hökumət komissiyasına müraciət etdik".
Hüseyn İbadlı