03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Belausov Ostinə zəng etdi: Ukraynanın məxfi əməliyyatı barədə məlumat verdi

27 iyl 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edərək Ukraynanın Rusiya Federasiyasına qarşı hazırladığı gizli əməliyyatdan danışıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) üç mənbəyə istinadən məlumat yayıb.

Belousovla Ostin arasında ilk söhbət iyunun 25-də olub. Daha sonra, nəşrin izah etdiyi kimi, Rusiya və ABŞ Müdafiə nazirliklərinin rəhbərləri əlaqə xətlərini açıq saxlayıblar.

NYT yazır: “İyulun 12-də cənab Belousov xəbərdarlığı çatdırmaq üçün zəng edib: ruslar Ukraynanın Rusiyaya qarşı gizli əməliyyatını aşkar ediblər və onların fikrincə, bu, amerikalılar tərəfindən bəyənilib”.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Belousov Ostinin Kiyevin gözlənilən əməliyyatından və Moskva ilə Vaşinqton arasında gərginliyi artıra biləcək potensial təhlükədən xəbəri olub-olmadığını soruşub. Nəşr qeyd edir ki, Pentaqonun bundan xəbəri olmayıb və Rusiya tərəfinin bəyanatından təəccüblənib.

Onun sözlərinə görə, Ukraynanın hərbi, kəşfiyyat və diplomatik sahədə ABŞ-dan dərin asılılığına baxmayaraq, Ukrayna hakimiyyəti amerikalı həmkarları ilə hərbi əməliyyatları, xüsusən də Rusiya ərazisindəki hədəflərə qarşı həmişə açıq danışmır. “Bu əməliyyatlar Ukraynanın döyüş meydanında mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmadığına, əksinə, avropalı müttəfiqləri özündən uzaqlaşdırdığına və müharibəni genişləndirdiyinə inanan ABŞ rəsmilərini məyus edib”, - qəzetin mənbələri yekunlaşdırıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur