05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Putin nəvələrindən DANIŞDI

05 may 2025 07:00
DÜNYA
ads
Advertisement

Rusiya prezidenti Vladimir Putinin nəvələri sərbəst şəkildə Kremlə gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq etməyə çalışırlar.

Qutb.az-ın məlumatına görə, bu barədə dövlət başçısı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Rusiya prezidenti Vladimir Putin Kremldə işlədiyi müddətdə nəvələrinin gözlənilmədən ona baş çəkə biləcəyini deyib. Rusiya lideri qeyd edib ki, onun çox gərgin iş qrafiki var, lakin fürsət yaranarsa, yenə də ailəsini görməyə çalışır. Yaxınları da onun işinin xüsusiyyətlərini başa düşürlər.

"Hamı başa düşür ki, mənim fasiləsiz qrafikim var - onlar məni əvvəlcədən xəbərdar etməyə, onları görmək üçün nə vaxt vaxtım olacağını soruşmağa çalışırlar", - Putin deyib.

Rusiya lideri əlavə edib ki, nəvələrinə qarşı sərt deyil.

Vladimir Putin 1983-cü ildə Lyudmila Putina ilə evlənmişdi. Bu evlilikdən onların iki qızı var: Mariya və Yekaterina. 2013-cü ildə prezident və həyat yoldaşı boşandıqlarını elan etdilər. Lyudmila Putina bildirib ki, onlar dövlət başçısının işə qərq olması və bir-birlərini çətin gördüyü üçün nikahlarını pozublar.

2017-ci ildəki canlı yayımda Putin ikinci dəfə baba olduğunu demişdi. O, nəvələrinin narahat ediləcəyindən qorxaraq onların adını çəkməsə də, qızları ilə fəxr etdiyini söyləmiş, nəvələri ilə nadir hallarda görüşməyindən şikayətlənmişdi.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur