ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.
ABŞ prezidentindən soruşublar ki, Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi. "Xeyr, amma onların hərəkətə keçməsinin vaxtıdır, elə deyilmi?", - deyə o cavab verib.(Trend.az)