17.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Baş nazirdən sığorta barədə YENİ QƏRAR

08 apr 2025 20:00
GÜNDƏM
ads
Advertisement

Nazirlər Kabineti 3 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nda dəyişiklik edib.

 

Qutb.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra ölkə Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi həyata keçirəcək.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur