"Hamarkameraten"in mərkəz yarımmüdafiəçisi Arkanc Defriqnan Mondu 19 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Norveç klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun meyiti yaşadığı mənzildə tapılıb. Ancaq onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Mondu "Hamarkameraten"in ikinci komandasında çıxış edib. 2023-cü il mövsümündə futbolçu Norveçin səviyyəcə dördüncü divizionunda 3 oyun keçirib və 1 qol vurub.
Heybət