29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bakıya qarşı yeni təzyiq siyasəti…

26 yan 2024 11:00
GÜNDƏM
ads

AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnaməsi ikili standartların və ölkəmizə qərəzli münasibətin daha bir təzahürüdür.

Publika.az xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Fransa Senatının Azərbaycana qarşı qətnaməsi, Borrellin çıxışı, AŞPA-dakı qətnamə - bütün bunlar ölkəmizə qarşı kampaniyanın aparıldığını təsdiqləyir:

“Bu cür addımlar əslində Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa Birliyinin roluna da ciddi zərbə vurur. Ümumilikdə Azərbaycan ictimaiyyətinin Avropa strukturlarına etimadını sarsıdır”.

Millət vəkilinin fikrincə, AB-nin Azərbaycan ərazilərinə hansısa formada silahlı missiya göndərmək, Ermənistan ərazilərində yerləşdirilən missiyanın Azərbaycanda da yaradılması cəhdləri uğursuz olub:

“İndi isə ölkəmizə qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Bəzi ölkələr COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün çox cəhd göstərdilər. Lakin bu cəhdlər də nəticəsiz qaldı. ABŞ və Fransa mətbuatında Azərbaycana qarşı COP 29-la əlaqədar genişmiqyaslı kampaniyalar aparıldı. Bizim ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni reallıqlar yaratması ilə barışa bilmirlər. Bu baxımdan düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması barədə qərarı tamamilə düzgün bir addım idi”.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın AŞPA-da təmsil olunduğu müddət ərzində nümayəndə heyətimizin erməni işğalının ağır nəticələrini gündəmə gətirmək təşəbbüslərinə laqeyd yanaşılıb:

“Bu təşəbbüslərə belə reaksiyalar verilib ki, qurum münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün uyğun platforma deyil. Ancaq indi avropalı deputatlar tamamilə fərqli mövqedən çıxış edir, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Təkcə 2023-cü ildə AŞPA Qarabağ mövzusuna dair bir neçə qətnamə qəbul edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərqərar etməsi, müstəqil siyasət yürütməsi, heç bir beynəlxalq qurumun, heç bir dövlətin təzyiqinə boyun əyməməsi bizə qarşı aparılan qərəzli siyasətin əsas səbəbləridir”.

Deputatın sözlərinə görə, AŞPA-nın və digər qurumların hansı qərar qəbul etməsindən asılı olmayaraq, Azərbaycan xalqı və dövləti öz strateji seçimini edib:

“Biz, ərazi bütövlüyümüzə, suverenliyimizə və beynəlxalq birliyin üzvü kimi hüquqlarımıza hörmətlə yanaşan hər kəslə əməkdaşlığa hazırıq. Azərbaycan nə qədər etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Ona görə də heç bir qətnamə, təzyiq bizi öz yolumuzdan döndərə bilməz”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur