Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.
Qutb.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
“Bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq. Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun”, - məlumatda bildirilib.