Türkiyə Niderlandın baş naziri Mark Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyinin təsdiqi üçün bir sıra tələblər irəli sürür.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik mənbələrə istinadən yazıb. Daha əvvəl “Politico” qəzeti adı çəkilməyən yüksək səviyyəli Avropa rəsmilərinə istinadən yazıb ki, Rutte NATO baş katibi postunun favoritlərindən biridir və alyansa üzv ölkələrdən geniş dəstək alacağı gözlənilir.
"Türkiyə əmin olmaq istəyir ki, Rutte və ya hər hansı digər namizəd, xüsusən də Aİ üzvləri Yunanıstan və Kiprin təzyiqlərinə boyun əyməyəcək", - mənbə bildirib.
Həmsöhbətlərin sözlərinə görə, Türkiyə hələ də Rutteyə görə tələblər siyahısını təqdim etməyib.
Tural