Son günlər Bakı Dövlət Universitetinin tələbələri arasında 2 saylı korpusun təmirə bağlanacağı fikirləri səsləndirilir.
Mövzu ilə bağlı danışan BDU-nun mətbuat katibi Kəmalə Quliyeva Bakı Dövlət Universitetinin 2 saylı korpusunun əsaslı təmir olunacağını söyləyib.
“Təmir müddətində tələbələr üçün hər şəraitə malik məkan icarəyə götürüləcək və tədris prosesi orada davam edəcək”.
Qeyd edək ki, əsaslı təmir işlərinin başlanacağı tarix məlum deyil.