12.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb - Zelenski

12 yan 2025 18:00
DÜNYA
ads
Advertisement

Rusiya son bir həftə ərzində Ukraynada yüzlərlə hava hücumu həyata keçirib. Ukrayna tərəfdaşlarını hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş sazişləri yerinə yetirməyə çağırır.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat verib.

Prezident bildirib ki, Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb və 600-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

“Ona görə də tərəfdaşların artıq aramızda mövcud olan razılaşmaları həyata keçirməsi vacibdir. NATO-nun Vaşinqtonda keçirilən sammitinin qərarı, eləcə də “Ramştayn” görüşlərində Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”,- dövlət başçısı vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ da daxil olmaqla tərəfdaşları ilə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və onların raketlərin istehsalı üçün lisenziyaların verilməsinin mümkünlüyü barədə danışıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur