29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bakı BMT-nin konfransında bu xəritəni təqdim etməyə hazırlaşır

04 iyn 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransından (COP-29) Ermənistana qarşı addımlar atmaq üçün fəal şəkildə yararlanmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində azərbaycanşünas alim Tatev Ayrapetyan beynəlxalq konfransa hazırlıqla bağlı Azərbaycan mənbələrindən alınan məlumatları təhlil edərkən deyib.

BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında ekspertin fikrincə, Ermənistana qarşı ekoloji təbliğat kampaniyası iki istiqamətdə aparılacaq. Birincisi, Ermənistanın Dağlıq Qarabağın təbii sərvətlərindən qanunsuz istifadə etməsi məsələsi qaldırılacaq. İkincisi, Ermənistanı regionda ətraf mühiti ən çox çirkləndirən ölkə kimi təqdim etməyə cəhd ediləcək.

“İlk növbədə, Zəngəzur Mis-Molibden Kombinatı, Alaverdi Mis Zavodu və bir sıra digər iri müəssisələrlə bağlı məsələ qaldırılacaq”, - Ayrapetyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bir sıra ictimai təşkilatlara üç dildə - Azərbaycan, ingilis və rus dillərində Ermənistanın regionun ekologiyasını təhdid etməsi ilə bağlı xəritələr tərtib etməyi tapşırıb.

“Ən əsası odur ki, bu xəritələrdə yer adları Azərbaycan toponimləri ilə göstəriləcək”, - Ayrapetyan deyib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur