SABİNA parfümeriya və kosmetika mağazalarının keçmiş idarəçisi - "Sabina Perfumery&Cosmetics" MMC ləğv olunduğunu elan edib.
Publika.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, SABİNA mağazaları bir neçə il bundan əvvəl "Ador Kompani" MMC-nin nəzarətinə keçib.