"ABŞ hökuməti ölkədə yalnız iki cinsi tanıyan siyasət həyata keçirəcək".
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatında deyilir.
O, Arizonada ABŞ-ın “Turning Point” konfransında çıxış edərək qeyd edib ki, onun administrasiyası altında yalnız iki cinsin - kişi və qadın olması ilə bağlı rəsmi siyasət olacaq. Tramp qeyd edib ki, onun sözləri o qədər də çətin səslənmir.
Konfrans iştirakçıları seçilmiş prezidentin sözlərini alqışlarla qarşılayıblar.
Noyabrın 25-də Trampın ölkənin silahlı qüvvələrindən bütün transseksual hərbçilərin işdən çıxarılmasına səbəb olacaq fərman verəcəyi bildirilib.
Noyabrın 14-də "SpaceX"in baş direktoru Elon Mask uşaqlarda cinsiyyət dəyişdirmə əməliyyatı edən həkimlərin ömürlük həbsi ideyasını dəstəkləyib.
Hüseyn İbadlı