Kosovo polisi Türkiyənin Beynəlxalq Polis Təşkilatı ( İnterpol ) vasitəsilə qırmızı bülletenlə axtardığı iki Türkiyə vətəndaşını saxladıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi səbəbi ilə 22 il 6 ay həbs cəzası olan 1960-cı il təvəllüdlü M.K.və soyğunçuluq etdiyi üçün 10 ay cəzalı 1983-cü il təvəllüdlü İ.K. nəzarətə alınıb.
Açıqlamada tutulan şəxslərə 48 saatlıq həbs cəzası verildiyi və onların hüquqi proses başa çatdıqdan sonra Türkiyəyə ekstradisiyasının gözlənildiyi bildirilib.
Qeyd edək ki, Kosovo polisi ötən ilin sentyabr, oktyabr və dekabr aylarında Türkiyənin İnterpol xətti ilə axtardığı daha üç nəfəri saxlayıb.
Roza