12.06.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Azərbaycan zəvvarlarını daşıyan təyyarə təcili İrana endi - RƏSMİ

10 iyn 2025 22:00
GÜNDƏM
ads
Advertisement

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.

Bu barədə Oxu.Az məlumat verib. Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.

Qutb.az məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxlayıb.

Qurumun Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri saytımıza açıqlamasında məlumatı təsdiq edib. 

O bildirib ki, bir nəfərin halı pisləşib və təyyarə Rəşt şəhərinə enməyə məcbur olub. Vüsal Cahangiri edib ki, hər şey yaxşıdır və təyyarə hazırda Bakıya yola düşməyə hazırlaşır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur