Dodaq boyası seçərkən bunlara diqqət edin! Göz rənginizə görə qərar verin
Bu instituta baş direktor təyin edildi
Bakı Dövlət Universitetinin Beynəlxalaq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti Nəsir Əhmədli 80 yaşında vəfat etdi.
Qeyd edəkki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.
"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.