05.04.25 | Bakı 11.03° C |
06:00:43
Lent :

Braziliya prezidenti əməliyyat olundu

10 dek 2024 18:00
DÜNYA
ads

79 yaşlı Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması səbəbindən əməliyyat olunub.

QÜTB.AZ xəbər verir ki, ölkənin Sao Paulo şəhərindəki xəstəxanadan verilən açıqlamada beyin qanaması səbəbiylə əməliyyat olunan Lula da Silvanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Açıqlamada əməliyyatın uğurla keçdiyi və 79 yaşlı prezidentin hazırda reanimasiya şöbəsində müşahidə altında olduğu qeyd edilib.

Lula da Silvanın sağalma prosesinin yaxından izlənildiyini bildirən xəstəxana rəhbərliyi yerli vaxtla saat 09:00-da mövzu ilə bağlı mətbuat konfransı təşkil ediləcəyini açıqlayıb.

Lula da Silvanın vəziyyəti ilə bağlı Braziliya Prezident Aparatından hələlik heç bir açıqlama verilməyib.

Bildirilib ki, Lula da Silva oktyabr ayında evdə yıxıldıqdan sonra baş ağrısı şikayətləri ilə xəstəxanaya müraciət etdikdən sonra cərrahiyyə əməliyyatı zəruri hesab edilib.

Hadisədən sonra Braziliya prezidenti BRİKS sammiti üçün Rusiyaya səfərini ləğv edib.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur