05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

05 dek 2025 05:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Qutb.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər aspektləri müzakirə olunub.

 

NATO üzv ölkələrinin səfirlərinin ölkəmizə cari ilin noyabr ayında ölkəmizə səfəri və yüksəksəviyyəli görüşlər məmnunluqla xatırlanıb.

 

Nazir Ceyhun Bayramov Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə məlumat verib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, NATO mexanizmləri çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur