05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Rusiya qorxulu raketini buraxa bilməyibmiş - GÖRÜNTÜ

01 dek 2025 13:00
DÜNYA
ads
Advertisement

Rusiyanın Orenburq vilayətindəki Yasnı poliqonunda qitələrarası ballistik raketin uğursuz buraxılışından bir gün sonra əldə olunan peyk görüntüləri hadisənin nəticələrini təsdiqləyib.

Qutb.az xəbər verir ki, kadrlarda raketin yerə çırpılması nəticəsində yaranmış böyük krateri, ərazidə yanmış ot zolaqlarını və raket qalıqlarının yaratdığı ikinci çuxurunu görmək mümkündür.

Görüntülərdə, həmçinin start meydançasına aparan yol boyunca təxminən 20 ədəd texnikanın toplandığı diqqət çəkib. Onların arasında Ural-4320 yük maşınları və R-419L radiorele stansiyası da var.

Hadisə barədə ilk məlumatı yerli sakinlər verib. Onlar güclü partlayış səsi eşitdiklərini, daha sonra isə göydə bənövşəyi tüstü buludu gördüklərini bildiriblər.

İlkin ehtimallara görə, insident raketin buraxılış zamanı havada dağılması ilə bağlıdır. Regionun Fövqəladə Hallar xidmətindən qeyd olunub ki, əhali üçün təhlükə yoxdur və evakuasiyaya ehtiyac yaranmayıb. Əlavə məlumat üçün Müdafiə Nazirliyinə müraciət edilməli olduğu bildirilib.

Hadisə ilə bağlı federal qurumlar hələlik rəsmi açıqlama yaymayıblar.

Yasnı poliqonu Rusiyada uzun mənzilli raketlərin sınaqdan keçirildiyi azsaylı obyektlərdən biridir və Strateji Raket Qoşunlarının əsas bazalarından hesab olunur.

1481788

1481789

1481790

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur