02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

BŞİH-də işə düzəlmək istəyən vəzifəli şəxsi belə aldatdılar

11 iyn 2024 14:00
HADİSƏ
ads
Advertisement

Kürdəmir rayonunda vəzifəli şəxsə qarşı dələduzluq etmiş Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Ədalət Qədirova cinayət işi açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir şəhər Poçt Filialının 1 saylı poçt şöbəsinin rəisi M.Məmmədov polisə müraciət edərək Ədalətin onu aldadaraq 3400 manat aldığını bildirib.

O qeyd edib ki, Ədalət onu Bakı şəhər İcra Hakimiyyətində vəzifəyə təyin etdirəcəyinə söz verib və bu iş üçün 7 min manat istəyib. İlkin mərhələdə Ədalət 3400 manat alıb. Lakin heç bir yenilik baş verməyib. Aldadıldığını anlayan poçt rəisi pulunu geri tələb etsə də Ədalət aldığı pulları geri qaytarmayıb.

Bundan sonra polisə şikayət edilib və Ədalət Qədirov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

İyunun 4-də Ədalətə Kürdəmir Rayon Məhkəməsində hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur