09.04.25 | Bakı 15.03° C |
13:16:15
Lent :

Baş verənlər Ukrayna hakimiyyətinin qərarıdır - Kobaxidze

12 sen 2024 05:00
DÜNYA
ads
Advertisement

Ukrayna ilə Gürcüstan arasında baş verənlər ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermir. Bu, Ukrayna hakimiyyətinin qərarıdır.

QÜTB.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ukrayna münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb və Ukrayna səfirini ölkədən çıxarmayıb.

“Rəsmi Kiyev isə öz səfirini geri çağırıb. Bunun da əsas iki səbəbi var. İlk növbədə bu, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyimizə və Ukraynaya hərbi könüllülər göndərmədiyimizə görədir. Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik, amma açmadıq. Bu da onların xoşuna gəlmədi. Bundan sonra da olanlar münasibətlərimizin inkişafına töhfə vermədi. Bu, Ukrayna hakimiyyətinin qərarıdır”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur