“Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Publika.az-a AZAL-dan bildirilib.
Məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.
Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.