" Azərbaycan İslam Həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir " : İLHAM ƏLİYEV
Bu yolda təmir başladı - AAYDA məlumat yaydı
Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Qutb.az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçısının birinci müavini təyin edilib.
Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki, vakantdır.
Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.
Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.
2000-2004-cü illərdə Şəki Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.
2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi alıb.
2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olub.
2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.