29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda sayt rəhbərinə hökm oxundu

19 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “bəyaztv.az” saytının rəhbəri 1972-ci il təvəllüdlü Bəhram Rüstəmova hökm oxunub.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Rüstəmov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci (Xeyli miqdarda dələduzluq, təkrar dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.

İttihamda qeyd edilib ki, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.

Sayt rəhbərinin vəzifəli şəxsləri rüsvay etmə hədəsi ilə şantaj edərək pul alması bildirilib. Məhkəmədə B.Rüstəmov özünü qeyd edilən əməllər üzrə qismən təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Rüstəmova 7 il 6 ay həbs cəzası verilib.(“Qafqazinfo”)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur