Buryatiyanın Severobaykalsk rayonunda ayı çay sahilində balıq tutan qadına hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Burprirodnadzorun rəhbəri Marina Damdinova "Telegram" kanalında məlumat verib .
Hadisə respublikanın Severobaykalsk rayonunda baş verib. Qurbanı xilas etmək mümkün olmayıb.
Burprirodnadzordan olan mütəxəssislər heyvanın adamı təhlükə ilə səhv saldığını deyiblər.
Ayı ovçular tərəfindən öldürülüb. Hücumun baş verdiyi ərazi Burprirodnadzor əməkdaşları tərəfindən araşdırılır, onlar başqa yırtıcıların izinə rast gəlməyiblər.
Hüeyn İbadlı