01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Hərbçilərin sayı dörd dəfə azaldı

06 fev 2024 05:00
GÜNDƏM
ads

Rumıniyanın milli müdafiə naziri Anjel Tınver bildirib ki, yayılan şayiələrin əksinə olaraq məcburi hərbi xidmətin tətbiqi istisnadır və ölkəyə lazım olan hərbi kadrlar könüllülər tərəfindən təmin ediləcək.

Publika.az “Report” xəbər verir ki, o, bu barədə “Euronews” telekanalına müsahibəsində deyib.

“Ən azı nazir olduğum müddətdə məcburi hərbi xidmət istisnadır. Bununla belə nazirliyin ordu ehtiyatını təmin edən könüllü hərbi xidmətlə bağlı narahatlıqları var”,- deyə o qeyd edib.

Nazir əlavə edib ki, özündə 18-35 yaş kateqoriyası üçün bir neçə ay davam edən hərbi hazırlıq təlimi ehtiva edən qanun layihəsi hazırlanır. Yeni qanunda təlimdə iştirak edənlərin mükafatlandırılması da nəzərdə tutulub.

Anjel Tınverin sözlərinə görə, ötən il müəyyən səbəblərdən 7 min hərbçi ordunu tərk edib:

“Rumıniya ordusunda hərbçilərin sayı əvvəllər 320 min nəfərdən çox idisə, indi təxminən 75-80 min nəfərdir. Kəmiyyət nöqteyi-nəzərindən ordu ixtisar edilib, əməliyyat tələbləri isə Avropada çox uzun müddətdir görünməyən bir vəziyyətlə bağlıdır”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur