Alimlər ilk dəfə Ayda mağara aşkar ediblər. Ən azı 100 metr dərinlikdə olan bu mağara insanlara daimi baza yaratmaq üçün ideal yer ola bilər.
Publika.az xəbər verir ki, kosmosa çıxan ilk britaniyalı astronavt Helen Şarman bu mağaranın baza üçün uyğun göründüyünü və insanların 20-30 il ərzində Ayda çuxurlarda yaşaya biləcəyini iddia edib.
O, həmçinin qeyd edib ki, bu mağara çox dərin olduğundan ora enmək üçün ipdən və ya liftdən istifadə etmək lazım ola bilər.
Mağara milyonlarla il əvvəl lavaların Ayda axması ilə əmələ gələn tunellər nəticəsində yaranıb. Bu kəşf insanın Ayda daimi mövcudluğu istiqamətində mühüm addım ola bilər. Eyni zamanda Ayın tarixi ilə bağlı fundamental suallara da cavab verə bilər.
Tədqiqat "Nature Astronomy" jurnalında dərc olunub.
Roza Şəfiyeva