Avstriya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır.
Publika.az xəbər verir ki, bu barədə Avstriya mətbuatı yazıb.
Bildirilib ki, onlara ölkədən çıxarılacaqları barədə xəbərdarlıq edilib. Səfirlik əməkdaşları gələn həftənin çərşənbə axşamına qədər ölkəni tərk etməlidirlər.
Onlar diplomatik statuslara uyğun gəlmədiklərinə görə qovulurlar.
Xatırladaq ki, 2023-cü ildə Avstriya hökuməti dörd rus diplomatını ölkədən çıxarıb.