29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qocalığın müalicəsi sınaqdan keçirildi

19 avq 2024 04:00
SƏHİYYƏ
ads
Advertisement

Amerikalı tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə və hətta geri qaytara bilən yeni dərmanları sınaqdan keçirirlər.

QÜTB.AZ "ABC7"yə istinadla xəbər verir ki, bu dərmanlarla təcrübələr artıq itlər üzərində aparılıb.

Qeyd edilib ki, "Telomir Pharmaceuticals"ın baş direktoru Dr.Kristofer Çepmen, Dr.Maykl Royzen ilə birlikdə insanın kök hüceyrələrində telomer qapaqlarını uzatmağı hədəfləyən innovativ dərmanı sınaqdan keçirib.

Vurğulanıb ki, telomerlərin artırılması orqanizmə daha çox kök hüceyrə istehsal etməyə imkan verəcək və onların bərpasına dəstək verəcək ki, bu da xəstələrin “cavanlaşmasına” səbəb ola bilər. Yeni preparatın təsiri iki qoca itə - əvvəllər xərçəng diaqnozu qoyulmuş "Zevs" adlı alman çoban itinə və artritdən əziyyət çəkən Nyufaundlend iti "Bensona" tətbiq edilib. Həbləri qəbul etməyə başladıqdan sonra onların səhhəti xeyli yaxşılaşıb.

Alimlər ümid edirlər ki, gələcəkdə bu dərman insanların sağlamlığına müsbət təsir göstərəcək.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur