Avropa Parlamenti Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsi üçün Avropa İttifaqının xarici siyasət, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib.
Publika.az xəbər verir ki, hər iki qətnamə Aİ-nin Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi çağırışından ibarətdir.
Qətnamələr Aİ-ni bir sıra addımlar atmağa çağırır:
- Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumu ləğv olunsun.
- Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü halında Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun.
- Aİ-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyanın sayını artırın, müddətini uzadın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin.
- Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın.
Bu çağırışlar göstərir ki, qətnamə əslində Azərbaycanla bağlı yox, Ermənistanın müdafiə edilməsi ilə bağlıdır və aydındır ki, belə bir qərarın qəbulunun arxasında Avropa Parlamentindəki erməni lobbisi dayanır. Bu cür qərarlar Azərbaycanın Avropa ilə münasibətlərinə, o cümlədən, Avropanın enerji təhlükəsizliyinə mənfi təsir edə bilər.
Asif