29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ əsgəri İsrail səfirliyi qarşısında özünü yandırdı: Fələstinə görə

26 fev 2024 06:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri olduğunu bildirən şəxs İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandıraraq Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirib.

Publika.az xəbər verir ki, 25 yaşlı Aaron Buşnellin etirazı və özünü yandırdığı zaman çəkilən görüntülər sosial mediada yayılıb.

Videoda kamuflyaj geyinmiş Buşnell özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri kimi təqdim edir və “Mən daha soyqırımda iştirak etməyəcəyəm” deyir.

Səfirliyin qarşısına gələn Buşnel başından ayağına kimi benzin tökərək özünü yandırdıqdan sonra nəfəsi kəsilənə qədər “Fələstinə azadlıq” qışqırıb.

Qurum rəsmisi bildirib ki, özünü yandıran şəxs rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur