29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Avropa çempionatı: daha 4 güləşçimiz bürünc medal qazandı

18 fev 2024 19:00
İDMAN
ads

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Publika.az xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Azərbaycan millisi Avropa çempionatında indiyədək ümumilikdə 12 medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqram), Ülvi Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutublar. Qadın güləşçilərdən Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib. Sərbəst güləşçilər arasında isə Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) bürünc medal əldə ediblər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur