“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
ARB 24 beynəlxalq əlaqələrini genişləndirir-BƏƏ ilə informasiya əməkdaşlığı
Abu-Dabidə keçirilən Bridge Media Summit çərçivəsində ARB 24 telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin Viory beynəlxalq informasiya agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Viory-nin baş meneceri Zulayho Siddikova və ARB 24-ün direktoru Radik İsmayılov tərəfindən imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında əməkdaşlıq qurulacaq, informasiya mübadiləsi həyata keçiriləcək. Baş ofisi Abu-Dabidə yerləşən Viory agentliyinin dünyanın müxtəlif regionlarında nümayəndəlikləri fəaliyyət göstərir. Agentlik Qlobal Cənubun səsinin dünyaya çatdırılmasını əsas missiyası kimi elan edib.
Sənədə görə, tərəflər qarşılıqlı şəkildə informasiya təminatı həyata keçirəcək, həmçinin gələcəkdə birgə kontentin hazırlanması nəzərdə tutulur.
İnformator.az