“Real” hücumçu Kilian Mbappenun transferi üçün xərclədikləri vəsaitin bir hissəsini geri qaytarmaq istəyir.
Publikaaz xəbər verir ki, bu məqsədlə “Los Blankos” klubun bir neçə gənc istedadını satmaq niyyətindədir. Bu barədə Mundo Deportivo məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” 20 yaşlı müdafiəçi Mario Martin, 19 yaşlı yarımmüdafiəçi Niko Pas və 19 yaşlı hücumçu Alvaro Rodriqeslə yolları ayrılmağa hazırdır. Onlar satılacağı təqdirdə “Real”ın geri almaq maddəsi tələb edəcəyi vurğulanır.
Qeyd edək ki, Mbappe iyunun 3-də rəsmi olaraq “Real”ın oyunçusu olun. İyulun 16-da onun “kral klubu”nun oyunçusu kimi təqdimatı olub. Fransız hücumçunun maaşının illik 30 milyon avro olduğu bildirilir. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.