08.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Bakı Dövlət Universitetindən 1 milyonluq sifariş

08 dek 2025 22:00
GÜNDƏM
ads

Bakı Dövlət Universitetinin tədris laboratoriyaları üçün xüsusi inventar, iş dəzgahları və mal-materialların satın alınması məqsədilə keçirilən tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC olub.

 

Qutb.az xəbər verir ki, tenderin məbləği 1 milyon 32 min 208.07 manat təşkil edib.

 

Tender çərçivəsində Bakı Dövlət Universiteti üçün 610 m² asma tavan, 620 m² keramoqranit, 15 ədəd parakontakt, 380 ədəd astar alçı, 120 ədəd üzlük alçı və 10 ədəd 20 kq-lıq mata qarışdırıcı alınacaq.

 

Qeyd edək ki, dövlət qurumlarının keçirdiyi tenderlərdə tez-tez qalib olan "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC 2015-ci il martın 18-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min 50 manatdır. Hüquqi ünvanı General Səmədbəy Mehmandarov küçəsi, ev 98, mənzil 47, qanuni təmsilçisi isə Elçin İslam oğlu Əbilovdur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur