Almaniyada Gelzenkirxen polisi bir neçə dəfə dönər sifariş verdiyi və sonra onu almadığı iddia edilən naməlum şəxsə qarşı istintaq başladıb.
Publika.az xəbər verir ki, Almaniyada polisin verdiyi açıqlamaya görə, aldadılan köşk sahibi fırıldaqçı müştərini şikayət edib.
48 yaşlı köşk sahibi Gelzenkirxendəki köşkündə şübhəlinin bir neçə dəfə dönər sifariş edib sonradan onu almamasından narahat olub.
Bildirilir ki, müştəri əvvəlcə qonşu supermarketə alış-verişə gedəcəyini, sonra dönər alacağını bildirib. Iddiaya görə, alış-verişdən sonra müştəri yeməyi daha istəmədiyini deyib.
Roza