03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Alsunun milyarder ərindən boşanmasına uşaqlarından reaksiya

19 iyl 2024 19:00
GÜNDƏM
ads
Advertisement

Rusiyalı müğənni Alsu və yəhudi milyarder əri Yan Abramovun boşanması ilə bağlı yaranan qalmaqal səngimək bilmir.

Publika.az xəbər verir ki, 40 yaşlı sənətçi uşaqlarının bu mövzunun içində olub-olmaması ilə bağlı "StarHit" nəşrinin jurnalistinə ünvanladığı suala cavab verib.

Alsu qeyd edib ki, uşaqları böyükdürlər və buna görə də ailələrindəki bu qalmaqal onlardan yan keçməyib:

"Onlar heç nə demirlər. Onlar sevən, gözəl uşaqlardır, mənim ruhum, ürəyimdir. Onları hər şeydən necə təcrid edə bilərəm? Bu mümkünsüzdür. Təbii ki, hər şey açıq-aydındır, hər şeyi görürlər. Amma onlar üçün mən sadəcə bir anayam, müxtəlif yerlərdə mənə diqqət əlamətləri göstərəndə bəzən təəccüb və xəcalətlə reaksiya verirlər. Onlar hələ də buna inana bilmirlər. Bu yaxınlarda gəlib mənə dedilər ki, "Ana, sən əfsanəsən".

Xatırladaq ki, Alsunun ərindən boşanması artıq bir neçə həftədir ki, sosial şəbəkələrdə geniş müzakirə olunur.
Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də dolayı yolla "O, yalan danışır" şərhini Reşetova haqqında xəbərə şərh yazaraq bunu təsdiqləyib.

(Bizim.media)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur