03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Sərhəd böhranı kabinetə yayıldı: Bu nazirə qarşı impiçment araşdırması başladı

30 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-da sərhəd təhlükəsizliyinə cavabdeh olan daxili təhlükəsizlik naziri Alejandro Mayorkasın işdən çıxarılması üçün ittihamnamə hazırlanıb.

Publika.az xəbər verir ki, ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında hazırlanan impiçment ittihamında Mayorkasın qəsdən immiqrasiya qanunlarına tabe olmaqdan imtina etdiyi, sərhədə nəzarət etmədiyi, ictimai təhlükəsizliyi təhlükəyə atdığı və hakimiyyət bölgüsü prinsipini pozduğu bildirilib.

ABŞ tarixində yalnız 1876-cı ildə müharibə naziri Uilyam Belknap hökumət müqavilələrində rüşvətxorluğa görə impiçment elan edilib.

Meksika sərhədindən ABŞ-a qeyri-qanuni immiqrasiya bir müddətdir ki, ölkənin ən mühüm gündəm mövzularından biri olub. Texas qubernatoru Qreq Abbott Ali Məhkəmənin Meksika sərhədindəki tikanlı məftillərin sökülməsinə dair qərarını tanımadığını bildirib. bundan sonra federal hökumətlə Abbottu dəstəklədiklərini bəyan edən ştatlar arasında böhran yaranıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur