Almaniya yığmasının və “Bavariya”nın sabiq müdafiəçisi Jerom Boatenq keçmiş sevgilisi və iki qızının anası Şerin Zenlerə qarşı hücumda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Münhen məhkəməsi bu iş üzrə futbolçunu yenidən mühakimə etməyə hazırlaşır. İclasda olan Boatenqin ona qarşı irəli sürülən ittihamlarla bağlı təfərrüatlı ifadələr verdiyi, günahsız olduğunu sübut etməyə çalışdığı vurğulanır.
Xatırladaq ki, 2021-ci ildə Münhen məhkəməsi Boatenqin 1,6 milyon avro cərimə ödəməsi barədə qərar çıxarmışdı. Daha sonra bu qərar Bavariya Ali Məhkəməsi tərəfindən təsdiqləndi.