01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İrandan “Xəzər dənizi” açıqlaması

29 mar 2024 08:00
GÜNDƏM
ads

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səylərini regionun maraqlarına zidd adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.

İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayımlanan bəyanatda deyilir: “Əmir Abdullahiyan bəzi üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun təmin edilməsi üzrə hərəkətlərini regionun maraqlarına zidd adlandırıb”.

İran Xarici İşlər Nazirliyinin rəhbəri üçüncü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib. Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.

İran diplomatiyasının rəhbəri martın 28-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla danışıqlar aparıb. “Biz enerji, tranzit, nəqliyyat, elm və texnologiya sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik, ölkələr arasında ticarətin həcmi artır və biz onun gələcəkdə sürətli artımını gözləyirik”, - nazir görüşdən sonra jurnalistlərə deyib. O əlavə edib ki, İran prezidenti İbrahim Rəisi gələcəkdə Aşqabada rəsmi səfər edəcək.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur