01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Prokuror Əvəz Zeynallıya 10 il həbs cəzası istədi

12 yan 2024 13:00
GÜNDƏM
ads

Rüşvət almaqda ittiham olunan jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin ittiham edildikləri maddələrlə təqsirli bilinmələrini, Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

R.Şükürov da Ə.Zeynallı ilə birgə ittiham olunur. O da küllli miqdarda rüşvət almaqda ittiham edilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur