Qazaxıstanda yumurta qiymətləri ilə bağlı vəziyyət nəzarət altındadır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin ticarət və inteqrasiya naziri Arman Şakəliyev bildirib.
Qazaxıstan rəsmisinin sözlərinə görə, son vaxtlar yumurtanın qiyməti təxminən 2,5 faiz bahalaşıb. Bahalaşma istehlakın mövsümi artımı ilə əlaqədardır. Şakəliyev respublikanın özünü məhsulla tam təmin etdiyini və Rusiyaya yumurta axınında heç bir problemin olmadığını vurğulayıb.
Nazir qeyd edib ki, Qazaxıstanın əsas yumurta istehsalçıları ilə memorandum bağlanıb və buna əsasən onlar daxili bazarı təmin etməyi öhdələrinə götürüblər.
Cəmilə