07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Agentlik bu şirkəti 10 min 500 manat cərimələdi

07 avq 2025 21:00
GÜNDƏM
ads

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində “ARKA” MMC Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkar olunub.

 

SİMDNX-dan Qutb.az-a verilən məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən adıçəkilən fabrik tərəfindən fəaliyyəti zamanı formalaşan istehsalat tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmur.

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Xəzər rayon Məhkəməsinə təqdim edilib.

 

Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli bilinərək barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

 

ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur